​Ceyms Uorlik: "Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir"

​Ceyms Uorlik: "Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir" Həmsədrlər təmas xəttində ağır silahlardan istifadə edilməsindən olduqca narahatdır
Qarabağ
28 Oktyabr , 2015 19:38
​Ceyms Uorlik: Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir".

"Report"un verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dünən keçirilən monitorinq zamanı təmas xəttində baş vermiş insidenti şərh edərkən deyib.

Onun sözlərinə görə, dünən monitorinq zamanı atəş səsləri eşidilirdi: "Mən təmas xəttində böyük təhlükənin olduğunu və bunun nə dərəcədə qorxulu olduğunun şahidi oldum. Biz təhlükəsiz yerdəydik. Lakin monitorinqi aparan səhra komandirləri güllələrin altında, açıq yerdə idilər".

Amerikalı həmsədr həmçinin bildirib ki, monitorinqdən sonra onlar ekspertlərlə söhbət ediblər: "Atəşin haradan açıldığını müəyyən etmək demək olar ki, mümkünsüzdür".

Ceyms Uorlik monitorinqlərin keçirilməsi üzrə ən yaxşı mexanizmin işlənilməsinin vacibliyini qeyd edib. O, bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri görüş zamanı bununla razılaşıblar.

Həmsədr həmçinin bildirib ki, həmsədrlər təmas xəttində ağır silahlardan istifadə edilməsindən olduqca narahatdır.  

Son xəbərlər

Orphus sistemi