​Ukraynada Xocalı soyqırımı digər etnik xalqlarla birgə yad edilib, videoçarx yayımlanıb - VİDEO

​Ukraynada Xocalı soyqırımı digər etnik xalqlarla birgə yad edilib, videoçarx yayımlanıb - VİDEO Yerli nümayəndələrə soyqırım barədə məlumat verilib, görüntülər təqdim edilib
Qarabağ
26 Fevral , 2016 16:20
​Ukraynada Xocalı soyqırımı digər etnik xalqlarla birgə yad edilib, videoçarx yayımlanıb - VİDEO

Bakı. 26 fevral. REPORT.AZ/ Ukraynanın bir neçə bölgəsində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib və ölkə üzrə soyqırımdan bəhs edən videoçarx yayımlanıb. 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, paytaxt Kiyevdə Ukrayna Azərbaycanlıları Gənclər Birliyi tərəfindən soyqırımın 24-cü ildönümü ilə bağlı hazırlanan videoçarxda Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən uşaqların dilindən sözlər deyilib, qətliamın dəhşətləri təqdim edilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevanın sözlərinə görə, videoçarxın hazırlanmasında məqsəd dünya ictimaiyyətini Xocalıda baş verən soyqırım aktı ilə bağlı məlumatlandırmaqdır. 

Dnepropetrovsk şəhərində isə “Ukrayna-Azərbaycan” Gənclər Birliyi və BUAK vilayətdə yaşayan digər etnik xalqları təmsil edən təşkilatların nümayəndələri ilə birlikdə anım mərasimi keçirib. Tədbirdə eyni zamanda şəhər meriyası və şurasının rəsmiləri, deputatlar da iştirak edib. Birliyin sədri Zəminə Bayramova iştirakçılara Xocalı soyqırımı barədə məlumat verib, videogörüntülər təqdim edib. Ermənistan prezidenti Serj Sarqsyanın britaniyalı jurnalist Tomas de Vala müsahibəsindəki bu etiraf iştirakçıların diqqətinə çatdırılıb: “Xocalıya qədər azərbaycanlılar elə düşünür ki, biz zarafat edirdik, mülki əhaliyə əl qaldıra bilmərik. Amma biz Xocalıda bu stereotipi qırdıq”. 

Lvov şəhərində də vilayət üzrə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən digər etnik xalqların və yerli rəsmilərin iştirakı ilə Xocalı soyqırımı anılıb. Konqresin sədri Teymur Məmmədov yerli rəsmilərə və etnik xalqların nümayəndələrinə soyqırım barədə məlumat verib, görüntülər təqdim edib.

Son xəbərlər

Orphus sistemi