Ukrayna prezidenti: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir"

Ukrayna prezidenti: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir" Pyotr Poroşenko: "Ukrayna Azərbaycanın Krım üzrə analoji mövqeyini alqışlayır"
Qarabağ
14 İyul , 2016 14:18
Ukrayna prezidenti: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

Bakı. 14 iyul. REPORT.AZ/ "Ukrayna Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasını tamamilə qəbuledilməz hesab edir".

"Report" xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib. 

"Ukraynanın Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımadığını vurğulamaq istəyərdim. Azərbaycanın da Krım üzrə analoji mövqeyini alqışlayırıq", - deyə P.Poroşenko söyləyib.

Son xəbərlər

Orphus sistemi