​Türkiyə XİN başçısı: "Ermənistanın Azərbaycan torpaqlarından çıxması lazımdır"

​Türkiyə XİN başçısı: "Ermənistanın Azərbaycan torpaqlarından çıxması lazımdır" Mövlud Çavuşoğlu: "ABŞ-ın mövqeyi dəyişərsə, o zaman əlaqələrimizə zərər dəyər"
Qarabağ
27 Mart , 2015 13:10
​Türkiyə XİN başçısı: Ermənistanın Azərbaycan torpaqlarından çıxması lazımdır

Bakı. 27 mart. REPORT.AZ/ "Ermənistanla əlaqələrimizin normallaşması üçün bu ölkənin Azərbaycan torpaqlarından çəkilməsi lazımdır".

"Report" NTV kanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, 1915-ci il hadisələrinə də toxunub: "ABŞ-ın mövqeyində dəyişikliyin olmayacağına ümidvaram. Bu məsələdə ABŞ-ın mövqeyi dəyişərsə, o zaman əlaqələrimizə zərər dəyər. Hamımız barış, sülh və dostluq mesajı verməliyik. Ermənistanla əlaqələrimizin normallaşması üçün bu ölkənin Azərbaycan torpaqlarından çıxması lazımdır. Ermənistan isə işğalı davam etdirir. Onların İranla da aşağı-yuxarı əlaqəsi var, bizimlə də vəziyyəti bəllidir. Ermənistan bəlli qonşu dövlətlərlə olan əlaqələrinin vəziyyəti barədə də düşünməlidir. Bu ölkə hər zaman hadisələrə birtərəfli, bir gözlə baxır".

Son xəbərlər

Orphus sistemi