​Türkiyə prezidentinin sözçüsü: "Dağlıq Qarabağ münaqişəsinin həllindən ən çox Ermənistan yararlanacaq"

​Türkiyə prezidentinin sözçüsü: "Dağlıq Qarabağ münaqişəsinin həllindən ən çox Ermənistan yararlanacaq" İbrahim Kalın: "Azərbaycan, Ermənistan və Türkiyə bölgədə bütün əlaqələrin daha rahatlıqla həyata keçməsinə təsir edəcək"
Qarabağ
10 Avqust , 2016 16:38
​Türkiyə prezidentinin sözçüsü: Dağlıq Qarabağ münaqişəsinin həllindən ən çox Ermənistan yararlanacaq

Bakı. 10 avqust. REPORT.AZ/ "Bu gün Ermənistan prezidenti Serj Sarqsyan Moskvaya səfər edəcək. Bunu daha müsbət bir gedişat olaraq görürük. Xüsusilə Ermənistanın işğal altında saxladığı rayonlardan çəkilməsinə daha bir pozitiv istiqamət qazandıra biləcəyini düşünürük".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq formatının qurulmasının əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu münasibət üç ölkə arasında əlaqələr baxımından Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addımdır: "Bu da həyata keçərsə, Azərbaycan, Ermənistan və Türkiyə bölgədə bütün əlaqələrin daha rahatlıqla həyata keçməsinə təsir edəcək. İnşallah, Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra yaxın zamanda inkişafın olacağına ümid edirik, bölgədə görüləcək çox işlər var. Dağlıq Qarabağ münaqişəsinin həllindən, Türkiyə ilə əlaqələrin normallaşmasından ən çox Ermənistan yararlanacaq. Bəzən dar düşüncə ilə diaspor və ya başqaları hadisələrə baxıb, özlərini bir küncə sıxılmağa məhkum edirlər. Əslində, bir az daha geniş strateji baxsalar, bu prosesdən orta və uzun vədədə həm azərbaycanlıların, həm də ermənilərin istifadə edəcəklərini özləri görəcəklər. Bu format həmin prosesə əhəmiyyətli töhfə verəcək". 

Son xəbərlər

Orphus sistemi