“The Huffinqton Post” qəzeti Xocalı faciəsi ilə bağlı məqalə dərc edib

“The Huffinqton Post” qəzeti Xocalı faciəsi ilə bağlı məqalə dərc edib Ravvin Yona Bukstaynın “Xocalı üçün dua: kədər və ümidlər” sərlövhəli məqaləsi işıq üzü görüb
Qarabağ
2 Mart , 2015 23:45

Bakı. 2 mart. REPORT.AZ/ Amerikanın “The Huffinqton Post” qəzeti Los-Ancelesdə yaşayan ravvin Yona Bukstaynın “Xocalı üçün dua: kədər və ümidlər” sərlövhəli məqaləsini dərc edib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki Ravvin öz məqaləsində Los-Anceles sinaqoqunda faciəli Xocalı hadisələrinə həsr olunmuş tədbir keçirilməsindən yazıb. Y.Bukstayn Azərbaycan və yəhudi xalqlarının dostluğundan söhbət açaraq bildirir ki, minilliklər boyu yəhudilər Azərbaycan xalqı ilə təhlükəsizlik, sülh və əmin-amanlıq şəraitində yaşayıblar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu dostluq nəinki davam etdirilir, hətta bir çox cəhətdən genişlənir.

Ravvin qeyd edir ki, iyirmi üç il bundan əvvəl, 1992-ci ilin fevralında Xocalı şəhərində erməni silahlı qüvvələri Azərbaycanın 613 günahsız vətəndaşını qırıb, onların arasında xeyli qadın və uşaq olub. Şəhərin işğalı nəticəsində onun minlərlə sakin məcburi köçkünə çevrilib.

Ravvin yazır ki, ermənilər Xocalı qırğını zamanı kütləvi qətl faktını etiraf etməsələr də, “Memorial” İnsan Hüquqları Mərkəzi, “Human Rights Watch” hüquq müdafiə təşkilatı və digər beynəlxalq müşahidəçilər erməni silahlı qüvvələri tərəfindən kütləvi qırğın faktını təsdiqləyirlər. Daha sonra Y.Bukstayn möcüzə nəticəsində sağ qalmış Xocalı qaçqınları Anar Usubovun və bir neçə gün erməni əsirliyində olmuş, işgəncələrə məruz qalmış Dürdanə Ağayevanın Los-Anceles sinaqoqundakı çıxışları barədə öz təəssüratlarını bölüşür.

Ravvin yazır ki, o, yəhudi və Azərbaycan xalqları arasında dostluğun qorunub saxlanması və Azərbaycanın Dağlıq Qarabağ regionunda sülhün bərqərar olunması üçün dua edir.

Son xəbərlər

Orphus sistemi