​Tərtərdə yaşayış evləri ermənilər tərəfindən atəşə tutulub

​Tərtərdə yaşayış evləri ermənilər tərəfindən atəşə tutulub ​Tərtərdə yaşayış evləri ermənilər tərəfindən atəşə tutulub
Qarabağ
19 Aprel , 2015 17:36
​Tərtərdə yaşayış evləri ermənilər tərəfindən atəşə tutulub

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini və təmas xəttinə yaxın yerləşən Tərtər rayonunun Qarağacı kəndini atəşə tutub.

"Report" yerli sakinlərə istinadən xəbər verir ki, erməni hərbçilərinin açdığı atəş nəticəsində bir neçə evin dam örtüyünə ziyan dəyib.

Atəşə məruz qalan yaşayış evlərindən biri də, kənd sakini Nəbi Məmmədova məxsusdur. Ev sahibinin sözlərinə görə, ailə üzvləri səhər saatlarında pəncərəyə dəyən güllənin səsinə oyanıblar. Mərmi pəncərə şüşəsindən içəri daxil olaraq yataq otağına düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Düşmən Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub.

Son xəbərlər

Orphus sistemi