​Tərtər və Füzulidə partlamamış hərbi sursatlar aşkarlanıb

​Tərtər və Füzulidə partlamamış hərbi sursatlar aşkarlanıb Hazırda ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Qarabağ
1 İyul , 2016 17:44
​Tərtər və Füzulidə partlamamış hərbi sursatlar aşkarlanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub. 

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, iyulun 1-də 1 ev və həyətyanı sahə, 1 ferma, 4 əkin sahəsi, 10 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb, gün ərzində 14 900 kv.m ərazi təmizlənib.

Tərtər rayonunun Çaylı kəndində 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə olaraq 7 500 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Qaradağlı kəndində 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, 4 100 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi və 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, 3 300 kv. m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlıxüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən iyulun 1-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 29 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 565 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi