Ermənistan tərəfi: 75 erməni hərbçi ölüb, 122 nəfər yaralanıb - YENİLƏNİB

Ermənistan tərəfi: 75 erməni hərbçi ölüb, 122 nəfər yaralanıb - YENİLƏNİB Ermənistan Müdafiə Nazirliyi tam siyahını açıqlamır
Qarabağ
12 Aprel , 2016 18:48
Ermənistan tərəfi: 75 erməni hərbçi ölüb, 122 nəfər yaralanıb - YENİLƏNİB

İlk xəbər 14:08-də dərc olunub

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5-də atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən erməni hərbçilərinin bir qismi müəyyənləşib.  

"Report"un "PanArmenian.net"ə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar zamanı 75 erməni hərbçisi həlak olub, 122 nəfər yaralanıb. Daha 1 hərbçi itkin düşmüş hesab edilir.


*** 16:18

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5-də atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən daha 7 hərbçisinin adını açıqlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan özünün "Facebook" səhifəsində onların adlarını yazıb: polkovnik Aleksan Arakelyan (1982-ci ildə anadan olub), çavuş Adam Saakyan (1996), sıravilər - Norik Sarqsyan (1996), Boris Ozmanyan (1996), Jora Yesayan (1996), Azat Simonyan (1996), Artur Gevorkyan (1997).

O, günün ikinci yarısında Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirilən daha 6 erməni silahlısının da adını açıqlayıb: Leytenant Aşot Karapetoviç Şahbazyan (23 yaşında), çavuşlar - Karen Artakoviç Nersisyan (19 yaş), Arman Seyranoviç Andreasyan (20 yaş), sıravi əsgərlər - Qriqori Gevorkoviç Arutyunyan (19 yaş), Tiqran Eduardoviç Beraktsyan (19 yaş), Baqrat Arturoviç Aleksanyan (21 yaş).

Qeyd edək ki, mətbuat katibi aprelin 8-də təmas xəttində 44 erməni hərbçisinin zərərsizləşdirildiyi barədə məlumat yaymışdı.

Ekspertlərin fikrincə, Ermənistan Müdafiə Nazirliyi itkilərinin dəqiq sayını ölkə ictimaiyyətindən gizlətmək üçün onların tam sayını və adlarını açıqlamır. Erməni tərəfi onların adlarını vaxtı uzatmaqla açıqlayır.  

Son xəbərlər

Orphus sistemi