Təmas xəttində monitorinq keçiriləcək

Təmas xəttində monitorinq keçiriləcək Monitorinqi Azərbaycan tərəfdən Xristo Xristov, Peter Svedberq və Saymon Tiller keçirəcəklər
Qarabağ
1 Mart , 2016 09:40
Təmas xəttində monitorinq keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 2-də Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Peter Svedberq və Saymon Tiller keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi