Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır
Qarabağ
4 May , 2015 10:01
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Bakı. 4 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi