Təltif olunmuş kapitan: “Ermənilərin postlarını və səngərlərini müşahidə edə bilirik” - FOTO

Təltif olunmuş kapitan: “Ermənilərin postlarını və səngərlərini müşahidə edə bilirik” - FOTO “Azərbaycan Ordusu ermənilərin təxribatlarının qarşısını almaqla yanaşı, düşmənin geri çəkilməsinə nail olub”
Qarabağ
3 May , 2016 16:11
Təltif olunmuş kapitan: “Ermənilərin postlarını və səngərlərini müşahidə edə bilirik” - FOTO

Tərtər. 3 may. REPORT.AZ/ "Cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını alarkən düşmənə sarsıdıcı zərbərlər endirdim. Nəticədə ermənilərin 12 hərbi texnikasını və canlı qüvvəsini məhv etdim". Bunu "Report"a Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttində döyüşən zabiti, kapitan Mirdamət Bağıyev deyib.

O bildirib ki, Azərbaycan Ordusu ermənilərin təxribatlarının qarşısını almaqla yanaşı, düşmənin geri çəkilməsinə nail olub: "Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən sonra ermənilər qaçmağa və geri çəkilməyə başladılar. Nəticədə Azərbaycan Ordusu cəbhənin Tərtər rayonu istiqamətində əsas yüksəklikləri ələ keçirdi. Hazırda ermənilərin postlarını və səngərlərini açıq şəkildə müşahidə edə bilirik".

Qəhrəman döyüşçü vurğulayıb ki, ermənilər əsasən cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tuturdular: "Bunu kənd sakinlərində qorxu, həyəcan yaratmaq və xalqı təşvişə salmaq üçün edirlər. Təbii ki, Azərbaycan xalqı bir daha öz iradəsini göstərdi və könüllü olaraq Silahlı Qüvvələrə yazılmaq istəyi ilə orduya dəstək nümayiş etdirdi".

Qeyd edək ki, Mirdamət Bağıyev Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 

Son xəbərlər

Orphus sistemi