Tbilisidə gənclər Azərbaycana dəstək aksiyası keçiriblər - FOTO

Tbilisidə gənclər Azərbaycana dəstək aksiyası keçiriblər - FOTO Gənclər səfirlik qarşısında Azərbaycanın dövlət himnini ifa ediblər
Qarabağ
4 Aprel , 2016 11:00
Tbilisidə gənclər Azərbaycana dəstək aksiyası keçiriblər - FOTO

Tbilisi. 4 aprel. REPORT.AZ/ Bu gün Gürcüstanda yaşayan bir qrup gənc Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Azərbaycana dəstək aksiyası keçiriblər. "Report" xəbər verir ki, aksiya zamanı "Qarabağ bizimdir", "Torpaq bolünməz", "Vətən bölünməz" şüarları səsləndirilib. Sonra gənclər səfirlik qarşısında Azərbaycanın dövlət himnini ifa ediblər. 

Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva aksiya iştirakçıları ilə görüşərək onlara öz təşəkkürünü bildirib. "Bu, bir daha sübut edir ki, xalqımız və dövlətimiz vəhdət təşkil edir", - S.Ağayeva bildirib.

Son xəbərlər

Orphus sistemi