​Ştaynmayer İrəvanda Dağlıq Qarabağ üzrə danışıqlar aparacaq

​Ştaynmayer İrəvanda Dağlıq Qarabağ üzrə danışıqlar aparacaq ATƏT-in fəaliyyətdə olan sədri 29-30 iyun tarixində Ermənistana səfər edəcək
Qarabağ
27 İyun , 2016 19:30
​Ştaynmayer İrəvanda Dağlıq Qarabağ üzrə danışıqlar aparacaq

Bakı. 27 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək. Qeyd olunur ki, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

Son xəbərlər

Orphus sistemi