Bakı. 2 iyul. REPORT.AZ/ "Tacikistan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır və bu, bizim prinsipial mövqeyimizdir".
"Report" "News.am" portalına istinadən xəbər verir ki, bu sözləri Tacikistan xarici işlər naziri Sirocidin Aslov Yerevanda Ermənistanın XİN başçısı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Münaqişə zonasında baş vermiş və insan tələfatı ilə nəticələnən son gərginliklə əlaqədar səmimi narahatlığımı ifadə etdim. Tacikistan həmişə bütün münaqişələrin yalnız sülh yolu ilə həllini dəstəkləyir", - deyə Tacikistan XİN baçşçısı bildirib.