​Sinirlioğlu:"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır"

​Sinirlioğlu:"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır" "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
Qarabağ
16 Sentyabr , 2015 16:07
​Sinirlioğlu:Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn açıq şəkildə pozulması və regional təhlükəsizliyə təhdiddir". "Report" xəbər verir ki, bu barədə Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri mətbuat konfransında Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.

"İlk növbədə Ermənistan özü Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır. Bilmirəm Yerevan bu münaqişəni nə qədər müddətdə davam etdirə biləcək. Əgər Ermənistan sabitlik və inkişafa nail olmaq istəyirsə, o zaman "münaqişənin dondurulması" mövqeyindən çıxış etməməlidir".

Sinirlioğlu deyib ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və imkan daxilində onu stimullaşdırır.

"Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin davam etməsi yolverilməzdir", - türkiyəli nazir status-kvonun dəyişəcəyinə əminliyini ifadə edərək deyib.

Son xəbərlər

Orphus sistemi