​Şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı girovların geri qaytarılması üçün II Qaragenlə görüşə bilər

​Şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı girovların geri qaytarılması üçün II Qaragenlə görüşə bilər O, görüş üçün Moskvanın və Bütün Rusiyanın patriarxı Kirillə müraciət edib
Qarabağ
4 Noyabr , 2014 12:57
​Şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı girovların geri qaytarılması üçün II Qaragenlə görüşə bilər

Bakı. 4 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Xankəndində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün ermənilərin dini lideri II Qaragenlə görüşə bilər. “Report”un xəbərinə görə, bu barədə QMİ sədri jurnalistlərə açıqlamasında bildirib.

QMİ sədrinin sözlərinə görə, o, görüş üçün Moskvanın və Bütün Rusiyanın patriarxı Kirillə müraciət edib.

“Bu yaxınlarda Moskvada Moskvanın və Bütün Rusiyanın patriarxı Kirillə görüşümüz oldu. Görüşdə işğal olunmuş torpaqlarımızda iki vətəndaşımızın girov götürülməsi məsələsi müzakirə olundu”.

A.Paşazadə deyib ki, girovların azad olunması üçün mümkün variantlardan istifadə olunacaq: “Dövlət öz vətəndaşını qoruyur, biz də əlimizdən nə gəlirsə, mümkün qədər edəcəyik”.

Son xəbərlər

Orphus sistemi