Serj Sarqsyan: "Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etməyəcək"

Serj Sarqsyan: "Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etməyəcək" "Müharibə hər an yenidən qızışa bilər"
Qarabağ
25 Aprel , 2016 16:41
Serj Sarqsyan: Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etməyəcək

Bakı. 25 aprel. REPORT.AZ/ "Qafqazda Dağlıq Qarabağda alovlanan müharibə hər an qızışa bilər və bu münaqişənin nizamlanması üçün çox az şans var".

"Report" xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarqsyan "Bloomberg"ə müsahibəsində deyib.

Eyni zamanda, S.Sarqsyan Ermənistanın təhlükəsizlik zəmanəti olmadan Azərbaycanla sülh danışıqlarını bərpa etməyəcəyini əlavə edib.

"Bir tərəfdən, biz danışıqlar aparacağıq, digər tərəfdən, hərbçilər münaqişəni həll etmək üçün müharibəyə başlayacaqlar", - deyə o bildirib.

S.Sarqsyan həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana hər hansı yeni təkliflə gəlmədiyini qeyd edib.

"Çünki Lavrov da yaxşı bilir ki, dördgünlük müharibədən dərhal sonra danışıqlara başlamağın mənası yoxdur", - deyə o bildirib.

Eyni zamanda, Ermənistan prezidenti hərbi əməliyyatlar zamanı erməni əsgərlərin mövqe və ərazilər itirdiyini təsdiq edib: "Bu, şimal və cənubda kiçik bir ərazidir".

Son xəbərlər

Orphus sistemi