Sergey Lavrov: "Rusiya ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır"

Sergey Lavrov: "Rusiya ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır" "Bu, yalnız diqqəti əsas məsələdən yayındıracaq"
Qarabağ
22 Aprel , 2016 14:59
Sergey Lavrov: Rusiya ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarqsyanla görüşündə bildirib.

"Biz paralel kanallar axtarmağı, tərəflərin etimadını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, yalnız diqqəti əsas məsələdən - təhlükəsizliyi təmin etmək, yeni qurbanların olmasının qarşısını almaq və siyasi prosesin yenidən başlaması üçün şərait yaratmaqdan yayındıracaq", - deyə S.Lavrov bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin özləri qərar verməlidirlər, Rusiya və Minsk qrupunun digər həmsədrləri - ABŞ və Fransa isə bu işdə onlara yardım etmək üçün çalışacaqlar.

Son xəbərlər

Orphus sistemi