​Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

​Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Tərəflər bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunublar
Qarabağ
17 İyul , 2015 23:55
​Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 17 İyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbəndyan ilə telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytına yerləşdirilən məlumatda bildirilir.

"Həmsöhbətlər bəzi ikitərəfli və beynəlxalq mövzular, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası üzrə fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi