​Sergey Lavrov: "ATƏT sədrinin Dağlıq Qarabağ probleminin həlli ilə ciddi məşğul olmasını istəyirik"

​Sergey Lavrov: "ATƏT sədrinin Dağlıq Qarabağ probleminin həlli ilə ciddi məşğul olmasını istəyirik" Rusiya amerikalı, fransalı həmsədrlərə münaqişənin həll edilməsində bundan sonra da kömək edəcək
Qarabağ
22 Aprel , 2016 20:24
​Sergey Lavrov: ATƏT sədrinin Dağlıq Qarabağ probleminin həlli ilə ciddi məşğul olmasını istəyirik

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarqsyanla bu gün keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə edib. 

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasına tərəfdar olduğunu diqqətə çatdırıb: "Münaqişənin nizamlanması ilə bağlı tapşırıqlar ATƏT-ə verilib və və indi quruma sədrlik edən Almaniyanın bu məsələ ilə ciddi məşğul olmasını istəyirik".

Sergey Lavrov həmçinin qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların davam etdirilməsi üçün köməyini əsirgəməyəcək: "Biz amerikalı, fransalı həmsədrlərə bu məsələdə kömək etməyə çalışırıq və bundan sonra da çalışacağıq. Mövqeyimiz vahiddir. Düşünürük ki, ATƏT-in həmsədrləri əsas funksiyanı yerinə yetirməkdə davam etməlidir" - deyə Sergey Lavrov qeyd edib.    

Son xəbərlər

Orphus sistemi