Səfir: "Rusiya ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ məsələsinin həlli prosesindən uzaqlaşdırmağa çalışmır"

Səfir: "Rusiya ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ məsələsinin həlli prosesindən uzaqlaşdırmağa çalışmır" "Qarabağ münaqişəsi bir gündə həll edilə bilməz"
Qarabağ
8 İyul , 2016 12:36
Səfir: Rusiya ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ məsələsinin həlli prosesindən uzaqlaşdırmağa çalışmır

Bakı. 8 iyul. REPORT.AZ/ "Rusiya Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməklə ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ məsələsinin həlli prosesindən uzaqlaşdırmağa çalışmayıb".

"Report" "Tert.am" portalına istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin deyib.

"Rusiya, həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində işlər görür və bu məsələdə başqa format nəzərdə tutulmayıb. Vasitəçilərin müharibə şəraitində olan tərəflərin görüşünü təşkil etmək üçün səy göstərməsində qeyri-adi heç nə yoxdur. ABŞ və Fransa da analoji görüşlər təşkil etmişdi, biz də görüş üçün təşəbbüs göstərdik. Bütün bunlar Minsk qrupu formatından kənara çıxmır", - deyə səfir bildirib.

İ.Volınkin belə görüşlərin qarşılıqlı etimad yaranması və münaqişənin həlli üçün zəruri olduğunu qeyd edib.

Münaqişənin həllinin hansı mərhələdə olması barədə sualı cavablandıran səfir Qarabağ münaqişəsinin bir gündə həll edilən məsələlərdən olmadığını dilə gətirib.

Son xəbərlər

Orphus sistemi