​Səfir: "Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

​Səfir: "Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" "İndiki halda ikili standartlar haqqında danışmağa heç bir əsas yoxdur"
Qarabağ
19 Noyabr , 2015 23:19
​Səfir: Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 19 noyabr. REPORT.AZ/ Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımır.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Aureliya Buşe jurnalistlərin "Paris meri Qarabağda icma mərkəzlərinin tikintisinə yönələcək vəsait yığımında iştirak edir və Fransa ikili standartlara yol verir" sualına cavab verərkən bildirib.

Səfir bu təşəbbüs barəsində məlumatsız olduğunu bildirib.

"Fransanın mövqeyi aydındır. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımır. Hətta Fransa meri bu layihənin reallaşdırılmasında iştirak etsə belə, bu, rəsmi Parisin mövqeyini nümayiş etdirmir", - deyə o qeyd edib.

"Amma məsuliyyətlə deyə bilərəm ki, Fransa Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı tam olaraq dəstəkləyir. İndiki halda ikili standartlardan danışmağa heç bir əsas yoxdur", - deyə Buşe əlavə edib.

Son xəbərlər

Orphus sistemi