Səfir: "Ermənilər dinc sakinləri atəşə tutmaqla beynəlxalq hüquq və normaları pozur"

Səfir: "Ermənilər dinc sakinləri atəşə tutmaqla beynəlxalq hüquq və normaları pozur" "Ermənilərin bu vandallığı beynəlxalq aləmdə qəbulolunmaz faktdır"
Qarabağ
6 May , 2016 17:28
Səfir: Ermənilər dinc sakinləri atəşə tutmaqla beynəlxalq hüquq və normaları pozur

Ağdam. 6 may. REPORT.AZ/ "Əfqanıstan Azərbaycanın beynəlxalq təşkilatlarda əsas tərəfdaşlarından və dəstəkçilərindən biridir". Bunu "Report"un Qarabağ bürosunun müxbirinə Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili bildirib.

Səfir vurğulayıb ki, Əfqanıstan hər zaman Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına narazılığını ifadə edib: "Bundan sonra da Əfqanıstan Azərbaycanı və onun xalqını dəstəkləyəcək. Cəbhədə gördüklərim çox təsirlidir və burada insanların hüquqları pozulur. Dinc əhali ermənilərin atəşinə məruz qalır. Ermənilərin bu vandallığı beynəlxalq aləmdə qəbulolunmaz faktdır. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaq və cəbhəboyu yaşayış məntəqələrini atəşə tutmaqla beynəlxalq hüquq və normaları pozur". 

Son xəbərlər

Orphus sistemi