​Səfir: "Dağlıq Qarabağda "Fransa mədəniyyəti günləri"nin keçirilməsi şəxsi təşəbbüsdür"

​Səfir: "Dağlıq Qarabağda "Fransa mədəniyyəti günləri"nin keçirilməsi şəxsi təşəbbüsdür" "Fransa Azərbaycanla əməkdaşlığa sadiqdir"
Qarabağ
16 Sentyabr , 2015 15:04
​Səfir: Dağlıq Qarabağda Fransa mədəniyyəti günlərinin keçirilməsi şəxsi təşəbbüsdür

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağda "Fransa mədəniyyəti günləri" adlı tədbir keçirilməsinin Fransanın rəsmi siyasəti ilə heç bir əlaqəsi yoxdur. Bu, şəxsi təşəbbüsdür". Bunu "Report"a Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın işğal olunmuş ərazilərində "Fransa mədəniyyəti günləri" adlı tədbirin keçirilməsi ilə bağlı Ermənistan KİV-də yayılan xəbərləri şərh edərkən bildirib.

"Fransa Azərbaycanla əməkdaşlığa sadiqdir və sizin ölkə ilə münasibətlərimizdə heç bir ikili standartımız yoxdur", - səfir bildirib.

P.Mönye bu məsələnin Azərbaycan rəsmiləri, o cümlədən, baş nazirin müavini Əli Həsənovla görüşü zamanı müzakirə olunduğunu deyib. Səfir Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransanın rəsmi mövqeyinin dəyişməz qaldığını bildirib və Ermənistan KİV-i tərəfindən işıqlandırılan bu tədbirin müxtəlif fiziki şəxslərin təşəbbüsü olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi