Səfir: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan tərkib hissəsidir"

Səfir: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan tərkib hissəsidir" Tahir Tağızadə "The Guardian" qəzetinə cavab verib
Qarabağ
15 Yanvar , 2015 10:41
Səfir: Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan tərkib hissəsidir

Bakı. 15 yanvar. REPORT.AZ/ "Britaniyanın "The Guardian" qəzetinin Dağlıq Qarabağı "2015-ci ildə səyahət üçün ən yaxşı 10 yeni yer" adlı məqaləsində bu siyahıya daxil etməsi  Azərbaycan xalqına hörmətsizliyin təzahürüdür".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin təxribat xarakterli məqaləni dərc etməsi ilə əlaqədar "The Guardian"  qəzetinə yazdığı məktubunda deyilir. Həmin məqalədə Dağlıq Qarabağ 2015-ci ildə səyahət üçün tövsiyyə olunan yerlər siyahısına daxil edilib. 

"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan və hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan tərkib hissəsidir. Təcavüzkarın digər ölkənin ərazisinin bir hissəsini nəzarətdə saxlamasına və yüz minlərlə məcburi köçkünün əzablarına tam etinasızlıq nümayiş etdirməsinə haqq qazandırmağı mənəvi cəhətdən düzgün hesab edirsiniz?", - səfirin məqaləsində deyilir.

T.Tağızadə qeyd edib ki, qəzetin dərc olunması öz işğal aktını qanuniləşdirməyə çalışan separatçı rejimin xeyrinədir: ""The Guardian" qəzetinin postsovet məkanında bu yaxınlarda baş verən separatçı tendensiyalara qarşı mövqeyi tərifəlayiqdir və biz Azərbaycana qarşı da eyni həssaslığın göstərilməsini istəyirik".

Son xəbərlər

Orphus sistemi