Səfir: "Azərbaycanda vətənpərvərlik hissinin xeyli yüksəldiyi hiss olunur"

Səfir: "Azərbaycanda vətənpərvərlik hissinin xeyli yüksəldiyi hiss olunur" "Minsk qrupu özünü münaqişənin həllini axtarırmış kimi göstərir"
Qarabağ
6 Aprel , 2016 11:54
Səfir: Azərbaycanda vətənpərvərlik hissinin xeyli yüksəldiyi hiss olunur

Bakı. 6 aprel. REPORT.AZ/ "Beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyə çağırmamasıyla bağlı hərəkətsizliyi təəssüf hissi doğurur".

"Report" xəbər verir ki, bunu Litvanın "Lietuvos zinios" nəşrinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə deyib.

Səfirin sözlərinə görə, Yerevandakı hakim klan cari vəziyyətdən məmnundur: "Bu, özünü cəzasız hiss edən cinayətkarın düşüncəsidir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasına fəal şəkildə çalışmayınca hansısa müsbət dəyişiklik gözləmək çətindir", - deyə azərbaycanlı diplomat qeyd edib.

"Sırf bu münaqişənin həlli üçün yaradılmış Minsk qrupu da hər hansı irəliləyişə nail olmayıb, son illərdə isə özünü münaqişənin həllini axtarırmış kimi göstərir" - deyə H.Məmmədzadə bildirib.

Səfir əlavə edib ki, hazırda Azərbaycanda vətənpərvərlik hissinin xeyli yüksəldiyi hiss olunur və azərbaycanlılar, lazım gələrsə, hətta silah gücüylə, torpaqlarının uzunmüddətli işğalına nəhayət son qoyulmasını tələb edir. 

Son xəbərlər

Orphus sistemi