​Sarqsyan: "2015-ci ildə Qarabağ üzrə danışıqlarda irəliləyiş qeydə alınmayıb"

​Sarqsyan: "2015-ci ildə Qarabağ üzrə danışıqlarda irəliləyiş qeydə alınmayıb" "Gələcəkdə bu istiqamətdə səyləri ikiqat artırmaq lazımdır"
Qarabağ
24 Dekabr , 2015 23:55
​Sarqsyan: 2015-ci ildə Qarabağ üzrə danışıqlarda irəliləyiş qeydə alınmayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Başa çatmaqda olan ildə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyiş qeydə alınmayıb, lakin danışıqlar prosesi davam edir.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarqsyan bildirib.

Sarqsyan Qarabağ probleminin sülh yolu ilə nizamlanmasından danışıb və bildirib ki, gələcəkdə bu istiqamətdə səyləri ikiqat artırmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi