​Saratovda Xocalı soyqırımı qurbanları anılıb

​Saratovda Xocalı soyqırımı qurbanları anılıb "Biz təkcə öz bayramlarımızı deyil, kədərli günlərimizi də xatırlamalıyıq"
Qarabağ
3 Mart , 2015 22:56
​Saratovda Xocalı soyqırımı qurbanları anılıb

Bakı. 3 mart. REPORT.AZ/ Rusiyanın Saratov vilayətinin İslam kompleksində ermənilərin Xocalıda törətdikləri soyqırımı qurbanları anılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasimdə Azərbaycan diasporunun nümayəndələri, Saratovda fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin idarə heyətinin sədri Hacımurad Muradov, Saratov vilayətinin müftisi Müqəddəs Bibarsov və Saratov vilayətinin Milli-Mədəni Birliklər Assosiasiyasının prezidenti Salman Musayev iştirak ediblər.

"Bu faciəyə həsr olunmuş mərasimlər bütün dünyada keçirilir. Biz təkcə öz bayramlarımızı deyil, həm də kədərli günlərimizi xatırlamalıyıq. Bu bilikləri nəsildən nəsilə ötürmək lazımdır ki, gələcək nəsillər öz tarixlərini bilsinlər və heç vaxt haqsızlığa boyun əyməsinlər", - deyə Saratov vilayəti Müsəlmanlarının Ruhani İdarəsi Müqəddəs Bibarsovun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi