Rusların əksəriyyəti Dağlıq Qarabağın kimə məxsus olduğunu bilmir - SORĞU

Rusların əksəriyyəti Dağlıq Qarabağın kimə məxsus olduğunu bilmir - SORĞU Əhalinin 11%-i bu regionu Azərbaycanın ərazisi sayır
Qarabağ
12 May , 2016 04:37
Rusların əksəriyyəti Dağlıq Qarabağın kimə məxsus olduğunu bilmir - SORĞU

Bakı. 12 may. REPORT.AZ/ Ruslar Moskvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək ola biləcəyinə inanırlar.

"Report" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) bu yaxınlarda 46 bölgənin 130 yaşayış məntəqəsində 1,6 min nəfər arasında keçirdiyi sorğunun nəticələri deməyə əsas verir.

Sosioloqlar ruslardan bu yaxınlarda Qarabağda vəziyyətin yenidən gərginləşdiyi barədə nə dərəcədə məlumatlı olduqlarını soruşublar. Məlum olub ki, yerli camaatın 72 faizi bu barədə eşidib. Bu, 2014-cü ilin analoji göstəricisini (45%) əhəmiyyətli dərəcədə üstələyib.

Bu gün rusların 71%-i (2014-cü ildə 57%) münaqişənin sülh yolu ilə həllini mümkün hesab edir.

Bu gün 44% (2014-cü il 25%) hesab edir ki, Rusiya qan tökülməsinin qarşısını almaq üçün bu münaqişədə vasitəçi rolunda çıxış etməlidir. 36% düşünür ki, Rusiya müşahidəçi mövqeyində dayanmalıdır. 2014-cü ildə bu göstərici 60% çatırdı. Rusların 4 faizi Ermənistan və separatçı "Dağlıq Qarabağ"ın, 2 faizi isə Azərbaycanın tərəfində durmağı məqsədəuyğun hesab edir.

Sorğulananların 1/4-i (26%) Dağlıq Qarabağın "müstəqil" olduğunu, 11%-i bu regionun Azərbaycana, 13%-i isə Ermənistana aid olduğunu düşünür.

Respondentlərin əksəriyyəti (47%) Dağlıq Qarabağın kimə məxsus olduğunu müəyyən etməkdə çətinlik çəkir.

Son xəbərlər

Orphus sistemi