​Rusiyanın Ermənistandakı səfiri: "Qarabağ probleminin hərbi yolla həlli qəbuledilməz və perspektivsizdir"

​Rusiyanın Ermənistandakı səfiri: "Qarabağ probleminin hərbi yolla həlli qəbuledilməz və perspektivsizdir" İvan Volınkin: "Hər iki tərəfi qane edən istənilən qərar bizim üçün də qəbulediləndir"
Qarabağ
10 Fevral , 2015 10:09
​Rusiyanın Ermənistandakı səfiri: Qarabağ probleminin hərbi yolla həlli qəbuledilməz və perspektivsizdir

Bakı. 10 fevral. REPORT.AZ/ "Rusiya hesab edir ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli qəbuledilməz və perspektivsizdir".

"Report" "Rossiya-24" telekanalına istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin söyləyib.

"Biz dəfələrlə qeyd etmişik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli tamamilə qəbuledilməz və perspektivsizdir. Biz həmişə münaqişənin həmsədrlər - ABŞ, Fransa və Rusiya olan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tənzimlənməsində israr etmişik", - səfir bildirib.

Onun sözlərinə görə, danışıqlar masası arxasında qəbul edilən qərar uzunmüddətli münasibətlərin qurulması üçün yeganə vasitədir: "Hər iki tərəfi qane edən istənilən qərar bizim üçün də qəbulediləndir". 

Son xəbərlər

Orphus sistemi