​Rusiyanın ATƏT-dəki səfiri: "Azərbaycan və Ermənistanın konkret məsələlər üzrə danışıqlar aparacağına ümid edirik"

​Rusiyanın ATƏT-dəki səfiri: "Azərbaycan və Ermənistanın konkret məsələlər üzrə danışıqlar aparacağına ümid edirik" Aleksandr Lukaşeviç prezidentlərin görüşünü münaqişənin təzimlənməsi istiqamətində "əhəmiyyətli addım" adlandırıb
Qarabağ
21 Dekabr , 2015 17:57
​Rusiyanın ATƏT-dəki səfiri: Azərbaycan və Ermənistanın konkret məsələlər üzrə danışıqlar aparacağına ümid edirik

Bakı. 21 dekabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı konkret məsələlər üzrə danışıqlar aparacağına ümid edirik".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında Bern şəhərində keçirilən görüşün nəticələrini şərh edərkən deyib.

Rusiyalı diplomat prezidentlərin görüşünü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində münaqişənin təzimlənməsi istiqamətində "əhəmiyyətli addım" adlandırıb.

Son xəbərlər

Orphus sistemi