Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç hesab edir ki, Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi destruktivdir.
"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "Rossiya 24" kanalının efirində çıxış edən Lukaşeviç bildirib ki, "Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birinin müdafiə edilməsi cəhdlərinin heç bir davamı ola bilməz".
Onun fikrincə, Türkiyə rəsmilərinin bu kimi cəhdləri "destruktivdir".
Xatırladaq ki, Türkiyənin hökümət başçısı Əhməd Davudoğlu işğal altındaki ərazilərin Azərbaycana qaytarılması prosesinə dəstək verəcəklərini bəyan etmişti.