Rusiyalı həmsədr: "Qarabağ məsələsində Minsk qrupunun həmsədri olan ölkələr arasında fikir ayrılığı yoxdur"

Rusiyalı həmsədr: "Qarabağ məsələsində Minsk qrupunun həmsədri olan ölkələr arasında fikir ayrılığı yoxdur" İqor Popov: "Minsk qrupunun bütün ölkələri qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsində həmfikirdilər"
Qarabağ
28 Oktyabr , 2015 14:23
Rusiyalı həmsədr: Qarabağ məsələsində Minsk qrupunun həmsədri olan ölkələr arasında fikir ayrılığı yoxdur

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Bizim Fransa və ABŞ ilə beynəlxalq gündəlik məsələlərində fikir ayrılığımız mövcuddur, lakin Qarabağ məsələsində bizim mövqeyimiz eynidir".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyi ilə keçirilən görüşdə bildirib. 

Diplomat qeyd edib ki, Minsk qrupunun bütün ölkələri qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsində həmfikirdilər.

O vurğulayıb ki, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin olunması məsələsi danışıqların gündəliyindədir.

Son xəbərlər

Orphus sistemi