Rusiyalı həmsədr: “Münaqişənin həllində iki əsas element ərazilərin qaytarılması və Dağlıq Qarabağın statusudur”

Rusiyalı həmsədr: “Münaqişənin həllində iki əsas element ərazilərin qaytarılması və Dağlıq Qarabağın statusudur” “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında yeni heç bir şey yoxdur"
Qarabağ
9 Aprel , 2016 19:26
Rusiyalı həmsədr: “Münaqişənin həllində iki əsas element ərazilərin qaytarılması və Dağlıq Qarabağın statusudur”

Bakı. 9 Aprel. REPORT.AZ/ “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında yeni heç bir şey yoxdur".

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov İrəvanda jurnalistlərə bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında yeni heç bir şey yoxdur. Həmsədrlərin tərəflərin müzakirəsində olan təklifləri var", — deyə Popov qeyd edib.

O əlavə edib ki, təqdim olunan üç əsas prinsip və altı elementə əsaslanan bir neçə versiya var.

Popov münaqişənin üç nizamlanma prinsipini xatırladıb: güc tətbiq etməmək, xalqların öz müqəddaratını müəyyən etməsi və ərazi bütövlüyü. Altı elementdən danışan həmsədr bildirib ki, "onlardan əsas ikisi ərazilərin qaytarılması və Dağlıq Qarabağın statusunun həlli və ya əksinə, Dağlıq Qarabağın statusunun həlli və ərazilərin qaytarılmasıdır. Bunlar ikisi birdir".

“Həmçinin nizamlanma elementləri qaçqınların qaytarılmasını, Ermənistan və Dağlıq Qarabağı əlaqələndirən dəhlizin status və eninin müəyyən edilməsini nəzərdə tutur", — deyə Popov bildirib.

Sülhməramlıların tətbiq olunması perspektivinə toxunan həmsədr qeyd edib ki, sülhməramlı əməliyyatlarının aparılması son mərhələdə, sülh sazişinin imzalanmasından sonra nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi