Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi hər an alovlana bilər"

Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi hər an alovlana bilər" Sergey Markov: "Bizim üçün yalnız satış vacib deyil"
Qarabağ
7 Oktyabr , 2016 12:45
Rusiyalı ekspert: Dağlıq Qarabağ münaqişəsi hər an alovlana bilər

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Rusiya bir çox ölkələrlə, o cümlədən Azərbaycan və Ermənistanla sıx hərbi əməkdaşlıq edir. Təbii ki, bu və ya digər ölkəyə silah satanda qarşı tərəfdə narazılıq yaranır".

"Report" xəbər verir ki, bu sözləri rusiyalı ekspert Sergey Markov Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksləri satmasını şərh edərkən deyib.

O qeyd edib ki, son illər Rusiyada Azərbaycanla əlaqələrin inkişafından narazı olanların sayı artır, eləcə də Azərbaycan və Ermənistana silah satışına qarşı çıxanlar var: "Yaxşı, bəs biz satmasaq, necə olacaq? Biz pul vəsaiti itirəcəyik, bu ölkələr isə ABŞ silahları əldə edəcək. Bizim üçün yalnız satış vacib deyil".

Ekspert, həmçinin Qarabağ münaqişəsinin tərəflərinin kompromis tapmalı, güzəştlərə getməli olduğunu vurğulayıb: "Bunun üçün Kazan razılaşması əsasında yaxşı əsas da var. Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, o hər an alovlana bilər".

Son xəbərlər

Orphus sistemi