Rusiyalı deputat: "Rusiya Dağlıq Qarabağ münaqişəsində hər zaman sərhədlərin pozulmamasının lehinə çıxış edib" - MÜSAHİBƏ

Rusiyalı deputat: "Rusiya Dağlıq Qarabağ münaqişəsində hər zaman sərhədlərin pozulmamasının lehinə çıxış edib" - MÜSAHİBƏ Maksim Şinqarkin: "Rusiya Ermənistana təsir etmək üçün böyük iqtisadi təzyiq vasitələrinə malikdir"
Qarabağ
17 İyun , 2016 15:27
Rusiyalı deputat: Rusiya Dağlıq Qarabağ münaqişəsində hər zaman sərhədlərin pozulmamasının lehinə çıxış edib - MÜSAHİBƏ

Moskva. 17 iyun. REPORT.AZ/ Rusiya Dövlət Dumasında Liberal Demokrat Partiyasını (RLDP) təmsil edən deputat Maksim Şinqarkinin "Report"a müsahibəsi

- Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündən bir ay ötüb. Həmin görüşdə hər iki dövlətin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqları vurğulanıb. İyunun 20-də isə Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə dövlət başçılarının növbəti görüşü keçiriləcək. Bu, Rusiyanın münaqişənin tezliklə həllində maraqlı olması anlamına gəlirmi?  

- Ümumiyyətlə, Rusiya Azərbaycan və Ermənistan arasında düşmənçilik münasibətlərinin olmasında maraqlı deyil. Rusiya xalqı qonşu ölkələrdə sülh olmasında maraqlıdır. Bu baxımdan Rusiya prezidenti münaqişənin tezliklə həlli üçün kompleks tədbirlərin görülməsinə yardım edir.

- Sizcə, Vladimir Putin qarşıdakı görüşdə konkret olaraq nələrdən danışacaq? Danışıqlar prosesində irəliləyiş gözləmək olarmı?

- Prezident Vladimir Putin görüşdə Azərbaycanın və Ermənistanın regionda sabitliyin xalqlarımızın maraqları çərçivəsində təmin olunması üçün əllərindən gələni etməli olduqları barədə danışacaq. 

İndi Rusiyanı daha çox müharibənin cənginə aldığı Suriyaya quru yolu ilə marşrutun açılması maraqlandırır. Bu məsələdə Rusiya, Azərbaycan və İran arasında ittifaqın yaradılması geosiyasi oyunun komponentlərindən biridir. Rusiya Suriyadakı sülhməramlı səylərinin dəstəklənməsi üçün Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasını vacib hesab edir. Yaxın Şərqdəki vəziyyət rəsmi Moskvanın bu məsələni uzatmamasını şərtləndirir. 

- Ermənistanda bəzi siyasətçilər və erməni lobbisi Rusiya ilə ittifaqdan imtina etmək və xarici siyasəti Qərbə tərəf yönəltmək haqqında təkliflər irəli sürürlər. Rəsmi Yerevanın xarici siyasətini dəyişməsi nə qədər realdır və Rusiyanın bunun qarşısını almaq üçün imkanları varmı? 

- Rusiya Ermənistana təsir etmək üçün böyük iqtisadi təzyiq vasitələrinə malikdir. Çünki ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Rusiya bögədə sabitliyin bərqərar olunması və qorunub saxlanması istiqamətdə davamlı siyasət həyata keçirir. 

Rusiya Dağlıq Qarabağ münaqişəsində hər zaman sərhədlərin pozulmamasının lehinə çıxış edib. Çünki bu amil dünya ictimaiyyəti tərəfindən tanınıb. Burada hər hansı birtərəfli dəyişmələr mümkün deyil. Bu günün geosiyasi reallığı bu tezisi təsdiq edir. Bu da regionda yaşayan xalqların səadəti üçündür. Revanşizm mövqeyindən çıxış edənlər öz legitimliyini itirir. 

Keçmiş SSRİ-nin ərazisində Qərbə inteqrasiya etmək istəyən dövlətlər mövcuddur. Bu, həmin ölkələrin iqtisadiyyatının iflasına gətirib çıxarıb. Eyni zamanda, bu tendensiya həmin ərazilərdə yaşayan xalqlar tərəfindən dəstəklənməyib. Bunu Yerevanda da dərk edirlər. Oradakı siyasətçilər Rusiya ilə münasibətlərdən imtina edilməsi vəziyyətində ölkə suverenliyinin mühüm təməllərini itirəcəyini, bunun da Ermənistanın vahid dövlət kimi mövcudluğunu sual altına qoyacağını başa düşürlər. Düşünürəm ki, prezident Vladimir Putin bunu diplomatik dillə Ermənistan rəhbərliyinə izah edə biləcək. 

Son xəbərlər

Orphus sistemi