Rusiya XİN: "Moskva Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır"

Rusiya XİN: "Moskva Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır" "Atəşkəs rejiminin pozulması halları çoxdur, kəşfiyyat-diversiya qruplarının fəaliyyəti aktivləşib"
Qarabağ
5 Mart , 2015 17:53
Rusiya XİN: Moskva Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır

Bakı. 5 mart. REPORT.AZ/ Rusiya Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə bildirib. 

"Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyət çox mürəkkəbdir. Atəşkəs rejiminin pozulması halları əvvəlki kimi çoxdur, toqquşmalar artıb, kəşfiyyat-diversiya qruplarının fəaliyyəti aktivləşib", - A.Lukaşeviç qeyd edib. 

O vurğulayıb ki, ATƏT-in monitorinq missiyasının məlumatına görə, cari ilin təkcə yanvar ayında münaqişə zonasında 12 nəfər həlak olub, 18 nəfər yaralanıb. 

RF XİN-in rəsmi nümayəndəsi xatırladıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərindən ibarət "üçlüyün" Azərbaycan xarici işlər naziri ilə cari il yanvarın 27-də Krakovda keçirilən görüşünün yekunlarına görə verdiyi bəyanatda münaqişənin bütün tərəflərinə atəşkəs rejiminə riayət etmələri haqqında müraciət olunub. 

"Martın 5-də həmsədrlər Münhendə Ermənistanın xarici işlər naziri ilə görüşəcək və təmas xəttində, həmçinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəklər. Təkidlə tərəfləri gərginliyin azaldılmasına yönəlmiş aktiv tədbirlər görməyə çağırırıq və münaqişənin alovlanmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq", - diplomat vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi