Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həllində bu və ya digər dövlətin istənilən konstruktiv rolu xoş qarşılanar

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həllində bu və ya digər dövlətin istənilən konstruktiv rolu xoş qarşılanar "Münaqişənin həlli üçün müvafiq formatlar var və onlar kəsərlidir"
Qarabağ
7 İyul , 2016 14:33
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həllində bu və ya digər dövlətin istənilən konstruktiv rolu xoş qarşılanar

Bakı. 7 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həllində bu və ya digər dövlətin istənilən konstruktiv rolu yalnız alqışlanar və xoş qarşılanar".

"Report" xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu kimi müvafiq formatlar, Azərbaycan və Ermənistanla birbaşa dialoq, eləcə də Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyədə görüş mövcuddur: "Hesab edirik ki, bunlar kifayətdir və kəsərli formatlardır".

Son xəbərlər

Orphus sistemi