Bakı. 14 iyul. REPORT.AZ/ "Sülh prosesinə istənilən konstruktiv töhfə işin xeyrinə olacaq. Hər şey bu töhfənin necə olacağından asılıdır".
"Report" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin iştirakı və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərini şərh edərkən deyib.
"Dialoqun konstruktiv keçməsini və hər iki tərəfə sülh gətirməsini istəyirəm. Bu, çox vacibdir. Danışıqlar prosesi uzun müddətdir aparılır. Müəyyən mərhələlərdə gözləntilər olub, ancaq sonradan itkilər yaşanır, gərginliyin yeni dövrü başlayıb. Bütün komandaların ümumi nəticəyə, daha dəqiq desək, zorakılığa son qoymaq üçün oynaması vacibdir", - deyə M.Zaxarova bildirib.