Rusiya XİN başçısı: "Dağlıq Qarabağda atəşkəs rejiminin qorunacağına ümid edirik"

Rusiya XİN başçısı: "Dağlıq Qarabağda atəşkəs rejiminin qorunacağına ümid edirik" "Cari vəziyyət bizdən inam yaratmaq üçün daha effektiv üsullar yaratmağı tələb edir"
Qarabağ
7 Aprel , 2016 12:21
Rusiya XİN başçısı: Dağlıq Qarabağda atəşkəs rejiminin qorunacağına ümid edirik

Bakı. 7 aprel. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında atəşkəsin elan olunması faktını məmnuniyyətlə qeyd etdik. Putin bu məsələylə bağlı Azərbaycan və Ermənistan prezidentləri ilə birbaşa danışıb. Dağlıq Qarabağda atəşkəs rejiminin qorunacağına ümid edirik".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına həsr olunan mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Hesab edirik ki, cari vəziyyət bizdən mövcud razılaşmaya bir daha baxmağı və inam yaratmaq üçün daha effektiv üsullar yaratmağı tələb edir. İnam yaradılması bizim hərtərəfli razılaşma ilə bağlı işlərdə rahatlaşmağımız anlamına gəlməməlidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və Azərbaycanın dostu kimi işləri öz axarıyla davam etdirəcək", - deyə S.Lavrov bildirib.

Son xəbərlər

Orphus sistemi