Rusiya və İranın xarici işlər nazirlərinin müavinləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Rusiya və İranın xarici işlər nazirlərinin müavinləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər Moskvada Qriqori Karasin və İbrahim Rəhimpurun görüşü keçirilib
Qarabağ
26 Yanvar , 2016 14:21
Rusiya və İranın xarici işlər nazirlərinin müavinləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada iranlı həmkarı İbrahim Rəhimpur ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir. 

"Regional gündəliyin bəzi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Xüsusi diqqət Mərkəzi Asiya və Qafqazdakı vəziyyətə, Dağlıq Qarabağ münaqişəsinin həllinə, eləcə də Ukraynada böhranın həlli ilə bağlı Minsk sazişlərin həyata keçirilməsinə ayrılıb", - məlumatda deyilir. 

Son xəbərlər

Orphus sistemi