Rusiya və Fransa XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Fransa XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Nazirlər telefon danışığı aparıblar
Qarabağ
1 İyun , 2016 16:21
Rusiya və Fransa XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Jan-Mark Eyro ilə telefon danışığı aparıb.

"Report" Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

"Nazirlər "Normand dördlüyü"nə dəstək, Ukrayna böhranının aradan qaldırılması üçün Minsk razılaşmasının həyata keçirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini, Rusiya-Fransa ikitərəfli əlaqələrinin bəzi aspektlərini müzakirə ediblər", - Rusiya XİN-in bəyənatında deyilir.

Son xəbərlər

Orphus sistemi