Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər Sergey Lavrov və Edvard Nalbandyan arasında telefon danışığı olub
Qarabağ
26 Aprel , 2016 18:41
Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Sergey Lavrov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. 

"Söhbət zamanı nazirlər gündəlikdə duran ikitərəfli və beynəlxalq aktual məsələləri müzakirə ediblər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivləri və münaqişə zonasında atəşkəs rejiminə riayət olunması vəzifələri barədə fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi