Rusiya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Azərbaycan və Ermənistan xalqından asılıdır"

Rusiya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Azərbaycan və Ermənistan xalqından asılıdır" "Dağlıq Qarabağ münaqişəsi həssas mövzudur"
Qarabağ
14 Aprel , 2016 15:25
Rusiya prezidenti: Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Azərbaycan və Ermənistan xalqından asılıdır

Bakı. 14 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi həssas mövzudur. Bu, çoxdanın problemidir. Uzun müddət münaqişə dondurulmuş şəkildə saxlanılırdı, amma qəfildən vəziyyət gərginləşdi".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinə birbaşa bağlantı zamanı deyib.

O əlavə edib ki, Dağlıq Qarabağla bağlı qərar yalnız siyasi vasitələrlə, hər iki tərəfdən güzəşt edilməsiylə əldə olunmalıdır.

Putin münaqişənin yekun həllinin Azərbaycan və Ermənistan xalqından asılı olduğunu da qeyd edib.

Son xəbərlər

Orphus sistemi