Rusiya Ermənistanı və Azərbaycanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırıb

Rusiya Ermənistanı və Azərbaycanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırıb Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir
Qarabağ
13 Noyabr , 2014 16:52
Rusiya Ermənistanı və Azərbaycanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiya Ermənistanı və Azərbaycanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırıb. "Report"un İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç deyib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində helikopter məhv edilib.

Son xəbərlər

Orphus sistemi