Rumıniya XİN başçısı: "Həll olunmamış münaqişələrin nizamlanması məsələsinə daha çox diqqət ayırmaq lazımdır"

Rumıniya XİN başçısı: "Həll olunmamış münaqişələrin nizamlanması məsələsinə daha çox diqqət ayırmaq lazımdır" Nazir: "Dnestryanı, Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrin nizamlanmasında irəliləyiş yoxdur"
Qarabağ
3 Dekabr , 2015 15:31
Rumıniya XİN başçısı: Həll olunmamış münaqişələrin nizamlanması məsələsinə daha çox diqqət ayırmaq lazımdır

Bakı. 3 dekabr. REPORT.AZ/ "Həll olunmamış münaqişələrin nizamlanması məsələsinə daha çox diqqət ayırmaq, bu məsələni ATƏT-in gündəliyində daha yuxarı səviyyədə qoymaq lazımdır".

"Report" xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Lazar Komenesku ATƏT Nazirlər Şurasının Belqradda keçirilən 22-ci iclasında çıxışı zamanı deyib.

Nazir Dnestryanı, Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrin nizamlanmasında irəliləyişin olmamasını qeyd edib.

L.Komenesku vurğulayıb ki, bu münaqişələrin nizamlanmasında irəliləyişin olmaması bu bölgələrə daha çox diqqət ayırmağın zəruriliyini sübut edir.

Son xəbərlər

Orphus sistemi