Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiya Federasiya (RF) Şurasının sədri Valentina Matviyenko Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər veri ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, görüş zamanı tərəflər bir sıra məsələlər, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsinə dair fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Valentina Matviyenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti noyabrın 2-də Ermənistana səfər edib.