"Dojd" telekanalı ​"Report"un müdaxiləsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvini düzəldib

"Dojd" telekanalı ​"Report"un müdaxiləsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvini düzəldib Qondarma "Dağlıq Qarabağ Respublikası" saytda yerləşdirilən müstəqil ölkələr siyahısından çıxarılıb
Qarabağ
21 İyul , 2015 11:24
Dojd telekanalı ​Reportun müdaxiləsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvini düzəldib

Bakı. 21 iyul. REPORT.AZ/ Rusiyanın "Dojd" telekanalı "Report"un müdaxiləsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvini düzəltdi.

"Report" xəbər verir ki, Agentliyin telekanal rəhbərliyinə edilən müvafiq müraciətindən sonra qondarma "Dağlıq Qarabağ Respublikası" saytda yerləşdirilən müstəqil ölkələr siyahısından çıxarılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl "Report" Agentliyi telekanal saytının abunə bölümündə, yaşayış yerinin seçilməsi üçün tərtib olunan siyahıdakı dövlətlər arasında Azərbaycanın işğal olunan ərazilərində yaradılan və separatçı qurum olan qondarma "DQR" adlı "ölkənin" müstəqil dövlət kimi təqdim edilməsi ilə bağlı "Dojd" telekanalının rəhbərliyinə sorğu ilə müraciət etmişdi.  

Son xəbərlər

Orphus sistemi