Qurban Yetirmişli: "Ermənistanın heç bir layihədə iştirakını qəbul etmirik"

Qurban Yetirmişli: "Ermənistanın heç bir layihədə iştirakını qəbul etmirik" Ukrayna alimləri Azərbaycan seysmoloqlarına əməkdaşlıq təklif edib
Qarabağ
2 Mart , 2016 15:26
Qurban Yetirmişli: Ermənistanın heç bir layihədə iştirakını qəbul etmirik

Bakı. 2 mart. REPORT.AZ/ "Ukrayna alimləri Azərbaycan seysmoloqları ilə birlikdə regional elmi layihələrdə iştirak etmək niyyətindədirlər". 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin(RSXM) İnformasiya şöbəsindən "Report"a verilən məlumata görə, bunu Ukrayna Elmi-Texnoloji Mərkəzinin nümayədələri - təşkilatın icraçı direktorunun müavini İqor Litvinov və mərkəzin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirdikləri görüşdə bəyan ediblər.

RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə bildirib ki, Azərbaycan seysmoloqları dünyanın bütün aparıcı seysmoloji təşkilatları ilə əməkdaşlıq edir: "Bu gün bizim mərkəz dünyanın aparıcı seysmoloji təşkilatlarının hamısında təmsil olunur. ABŞ, Yaponiya və digər inkişaf etmiş ölkələrlə ikitərfli əlaqələr yüksək səviyyədədir. Biz bütün ölkələrlə və təşkilatlarla əməkdaşlığa hazırıq. Ukrayna ilə də həmçinin. Yalnız hansı layihədə Ermənistan varsa, biz orda iştirak etmirik". 

Baş direktor əlavə edib ki, elm sərhəd tanımasa da, Ermənistan Azərbaycan ərazilərini işğal edib və işğal faktı bu günə qədər davam edir: "Ona görə də biz Ermənistanın heç bir layihədə iştirakını qəbul etmirik və Azərbaycan dövləti heç bir səviyyədə bu ölkə ilə əməkdaşlıq etmir".

Q.Yetirmişli Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində işğal olunan torpaqların azad ediləcəyinə əminliyini ifadə edib.

Görüşdə qonaqlara həmçinin RSXM-in işi, mərkəzdə aparılan elmi tədqiqatlar, alınmış məlumatların emalında tətbiq olunan müasir texnologiyalar və proqramlara dair təqdimat da təqdim edilib.

Son xəbərlər

Orphus sistemi